XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

07 Dekabr 2017 - 16:38

Ərdoğanla yunan prezidenti arasında “Lozanna anlaşması”na görə gərginlik –VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afinada yunan həmkarı Prokopis Pavlopulosla birgə mətbuat konfransı keçirib.

Yunanıstan prezidenti çıxışı zamanı türkiyəli həmkarının səfərdən öncə Lozanna anlaşması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib:

“Bu saziş müzakirə mövzusu deyil. Lozanna anlaşmasında iki ölkədə yaşayan azsaylı xalqlarla bağlı məsələlər aydın formada dilə gətirilib. Müsəlmanlar da bu anlaşma ilə əlaqədar Yunanıstanda rahat həyat sürür”.

Ancaq Ərdoğan yunan həmkarının fikirlərini təkzib edib: “Lozanna anlaşması ilə bağlı, düşünürəm ki, müzakirə ediləcək bəzi incəliklər var. 94 il əvvəl imzalanmış bu müqavilə sadəcə Türkiyə və Yunanıstan arasında bağlanmayıb. Bu anlaşmanı imzalayn 11 ölkə var. 94 il ərzində dünya yenidən qurulub. Müzakirələrə ehtiyac var”.

Teleqraf.com