2015-ci ilin ilk 3 ayı ərzində Səhiyyə Nazirliyinə vətəndaşlar tərəfindən daxil olan 439 şikayət Hüquq və Daxili Nəzarət sektoru tərəfindən araşdırılıb.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, araşdırma zamanı pozuntu halları aşkarlanaraq 33 nəfər tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb. 1 məlumat üzrə cinayət xarakterli pozuntu faktı aşkarlandığından toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
APA