Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Strateq.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriən püşkatmada Türkiyənin "Beşiktaş" komandası güclü "Bavariya" ilə oynayacaq. Qarşılaşmanın ilk oyunu Almaniyada, cavab matçı isə İstanbulda keçiriləcək
Onu da qeyd edək ki, 1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.
Final oyunu isə 26 mayda Kiyevdə olacaq:
"Yuventus” (İtaliya) – "Tottenhem” (İngiltərə)
"Bazel” (İsveçrə) – "Mançester Siti” (İngiltərə)
"Porto” (Portuqaliya) – "Liverpul” (İngiltərə)
"Sevilya” (İspaniya) – "Mançester Yunayted” (İngiltərə)
"Real” (İspaniya) – PSJ (Fransa)
"Şaxtyor” (Ukrayna) – "Roma” (İtaliya)
"Bavariya” (Almaniya) – "Beşiktaş” (Türkiyə)
"Çelsi” (İngiltərə) – "Barselona” (İspaniya)