XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 16:59

Qırğızıstanın eks -prezidentini yumurta atəşinə tutdular –Askar Akyevi danışmağa qoymadılar

Qırğız Respublikasının keçmiş prezidenti Askar Akayevi Almaniyada soydaşları yumurta atəşinə tutublar.

“Report” xəbər verir ki, hadisə Almaniyada “KyrgyzClub–Germany”də keçmiş prezidentin soydaşları ilə görüşü başlayarkən olub.

Onu əllərində 2005-ci ildə “zanbaq inqilabı” zamanı irəli sürülən “Akayev get!” şüarı tutan bir qrup soydaşı qarşılayıb. Onlar tədbir boyu A.Akayevin çıxışını dəfələrlə kəsiblər. Etiraz edən qırğızlar keçmiş prezidentdən qırğız dilində danışmağı tələb ediblər.

Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının fizika üzrə alimi Askar Akayev 1990-2010-cu illərdə Qırğız Respublikasının prezidenti olub. O, 2010-cu ildə “zanbaq inqilabı” nəticəsində ölkəsindən qaçaraq, Moskvaya sığınıb.