XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 14:39

Prezident İlham Əliyev yeni sərəncam imzaladı
Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən Astara şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədi ilə aşağıdakı qərar verilib:
1. Astara şəhərində 860 yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədi ilə Astara Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,5 milyon (beş milyon beş yüz min) manat, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri üçün 2,5 milyon (iki milyon beş yüz min), kəndlərarası avtomobil yollarının yenidən qurulması üçün ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.