XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

12 Dekabr 2017 - 11:25

İranın məşhur generalı:"Fələstindəki bütün qruplara dəstəyə hazırıq"

İran Fələstindəki bütün qruplara dəstəyə hazırdır.

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı, məşhur general Qasım Süleymani HƏMAS-ın hərbi qanadı olan İzzəddin Qəssam Briqadaları və İslami Cihad Təşkilatının komandirləri ilə telefon danışığı zamanı söyləyib. O, komandirlərə Əl Əqsa məscidinin müdafiəsinə hazır olduğunu da bildirib.

Qeyd edək ki, Qüds briqadası SEPAH-ın xaricdəki əməliyyatları üçün nəzərdə tutulub. Onun şəxsi heyətinin 15 min hərbçidən ibarət olduğu təxmin edilir.

ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi dekabrın 6-sı tanımışdı/Axar.az.