XƏBƏR LENTİ

26 Fevral 2021
25 Fevral 2021

Digər Xəbərlər

12 Dekabr 2017 - 13:10

“Türkiyə Suriyadakı rejimdən artıq heç bir təhlükə gözləmir” –Çavuşoğlu

“Türkiyə Suriyadakı rejimdən artıq heç bir təhlükə gözləmir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 12-də Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

XİN başçısı deyib ki, hazırda Suriya ərazisində fəaliyyət göstərən terror qruplaşmaları “PYD” və “YGY” Türkiyəyə təhdid yaradır: "Suriyadakı rejimlə müxalifət qruplarının mövqelərinin uzlaşması əhəmiyyətlidir. Bundan sonra Bəşşar Əsəd olacaqmı? Əsədin Suriyanı birləşdirəcəyini, Əsədli bir keçid hökumətinin də Suriyanı sözün əsl mənasında seçkiyə hazırlayacağını ehtimal etmirik”.

Report