XƏBƏR LENTİ

26 Fevral 2021
25 Fevral 2021

Digər Xəbərlər

12 Dekabr 2017 - 13:33

 “Dağlıq Qarabağ problemi realdır və heç də dondurulmuş münaqişə deyil” –Fransanın Yerevandakı səfiri

 “Dağlıq Qarabağ problemi realdır və heç də dondurulmuş münaqişə deyil”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Conatan Lakot dekabrın 12-də keçirdiyi mətbuat konfransında bildirib.

Diplomat vurğulayıb ki, Fransa ATƏT-in Minsk qrupun həmsdəri kimi, münaqişənin həlli sahəsində öz vəzifəsini qətiyyətlə yerinə yetirmək niyyətindədir: “Ərazi bütövlüyü, güc tətbiq edilməməsi və xalqların müqəddəratını təyin etməsi danışıqların əsas prinsiplərdir. Münaqişə ətrafında baş verənlər Fransada ən yüksək səviyədə izlənilir. Məsələni yalnız tərəflər tənzimləyə bilər. Mən Ermənistanda səfirəm. Həmkarım Minsk qrupu tərkibindədir. Mən danışıqlar prosesinin mahiyyəti barədə heç nə danışa bilmərəm”.

O, 2018-ci ilin oktyabrında Farnsa Prezidenti Emannule Makronun Ermənistana səfər edəcəyinin də bildirib.