XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 19:32

Beş senator Trampı istefaya çağırdı:"İttihamlar həqiqəti əks etdirir"

Beş senator – Berni Sanders, Ceff Merkli, Ron Vayden, Kirsten Cilibrind və Kori Buker cinsi təcavüz qalmaqalına görə ABŞ prezidenti Donald Trampı istefa verməyə çağırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Senatorlar ittihamların həqiqəti əks etdirdiyini və belə faktların çoxsaylı olduğunu bildiriblər.

"Prezident Tramp istefa verməlidir. Mən o qadınların ifadələrini eşitmişəm. Onların çoxu təlaş içindəydi", – deyə senator  Kirsten Cilibrind CNN-ə müsahibəsində bildirib.

Xatırladaq ki, 2016-cı ildə ondan artıq qadın Trampı cinsi təcavüzdə ittiham edib. Dünən isə Nyu-Yorkda keçirdikləri mətbuat konfransında həmin qadınlardan dördü – Cessika Lids, Samanta Xolvi, Raşel Kruks və Liza Boyn ABŞ Konqresini bu ittihamı araşdırmağa çağırıb.

Strateq.az