XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 21:21

Fələstin lideri də İstanbula gəldi –Ərdoğanla qapalı görüş

Fələstin lideri Mahmud Abbas bu gün axşam saatlarında Türkiyəyə gəlib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, Ərdoğanla bağlı qapılar arxasında görüşüb.

Məlumatda qeyd olunur ki, Mahmud Abbasın səfəri Ərdoğanın dəvəti ilə baş tutub. O, sabah İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak edəcək.

Onu da qeyd edək ki, sabahkı toplantıda Prezident İlham Əliyev də iştirak edəcək. Prezident bu gün bu məqsədlə İstanbula səfər edib.