XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 12:39

HƏMAS lideri saxlanıldı- İsrail polisindən əməliyyat

İsrail təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində İordan çayının Qərb sahilində 32 fələstinli saxlanılıb.

Trend-in məlumatına görə, saxlananlar arasında HƏMAS hərəkatının liderlərindən biri Həsən Yusif də var.

Məlumata görə, İordan çayının Qərb sahilindəki əməliyyat ŞABAK xüsusi xidməti və sərhəd polisi ilə birgə keçirilib.

Saxlanan şəxslər ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra etirazlar dalğasına təşəbbüs göstərməkdə ittiham olunurlar.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.