XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 15:05

Peskov:"Ərdoğanın Qüdslə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür"

Türkiyə prezidenti Ərdoğanın Qüdslə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür.
 
APA-nın “Russian Today”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
 
“Biz Türkiyənin mövqeyi ilə tanışıq. Hazırda bu mövqe Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Rusiyanın Qüds və Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi məlumdur”, – deyə o vurğulayıb.
 
Qeyd edək ki, bu gün İƏT-in İstanbulda keçirilən fövqəladə sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsü Fələstinin işğal altında olan paytaxtı kimi tanımağa çağırıb və İsraili terrorçu dövlət adlandırıb.