XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 15:16

Dünya Bankı bu layihələrin maliyyələşdirilməsini dayandıracaq- Yeni qərar

Dünya Bankı (“World Bank”) neft və qaz layihələrinin maliyyələşdirilməsini dayandıracaq.

Azərtac xəbər verir ki, bu barədə Dünya Bankı Parisdə keçirilən Bir Planet Sammitində (“One Planet Summit”) bəyan edib. Dünya Bankı qarşıdakı 2 il ərzində neft və qaz layihələrinin maliyyələşdirilməsini dayandıracaq. Buna səbəb ölkələrin Paris Konvensiyası üzrə öhdəliklərini yerinə yetirmələrinə yardım etməkdir.

Bank, həmçinin investisiyaların iqlim dəyişikliyinə təsiri haqqında daha çox məlumat dərc edəcəyini və bu prosesi sürətləndirmək üçün digər qurumlarla aktiv işləyəcəyini qeyd edib.

“Qlobal çoxtərəfli inkişaf təşkilatı olaraq Dünya Bankı sürətlə dəyişən dünya ilə ayaqlaşmaq üçün öz əməliyyatlarını dəyişməyə davam edir. Dünya Bankı 2019-cu ildən sonra neft-qaz kəşfiyyatı və istehsalı layihələrini maliyyələşdirməyəcək”, – deyə bank bildirib.

Bankın 2017-ci il üçün illik hesabatına əsasən, bu ildə ümumilikdə 22,6 milyard dollarlıq maliyyələşmənin 4,4 milyard dolları enerji və dağ-mədən sənayesinə aid olub. Dünya Bankının 280 milyard dollarlıq aktivlərinin təxminən 2 faizi neft və qaz investisiyalarıdır.