XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 20:35

Avropa Parlamenti qətnamə qəbul edib- Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü ilə bağlı

Avropa Parlamenti "Avropa İttifaqının xarici siyasət və təhlükəsizliklə bağlı qətnaməni" qəbul edib.

Trend-in məlumatına görə, sənəd Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu ilk dəfə təsdiqləyir.

Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib (408 lehinə, 132 əleyhinə).

Bu sənəd Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü ilə bağlı münaqişələrə Avropa İttifaqının münasibətinə dair prinsipial əhəmiyyətə malikdir.