XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 23:16

FED uçot dərəcəsini artırdı –Dolların bahalaşma təhlükəsi yarandı

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.

Strateq.az APA-ya istinadən xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25%  – 1,25% səviyyəsindən 1,50%-dək artırıb.

Qeyd edək ki, bundan əvvəl FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb.

Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.