XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Dekabr 2017 - 23:25

Kanada da Ukraynaya öldürücü silah verəcək –Hökumətdən qərar

ABŞ-dan sonra Kanada hökuməti də Ukraynanı letal (öldürücü) silah ixrac edən ölkələrin siyahısına daxil edib.

Bu barədə Kanada hökumətinin rəsmi “Canada Gazette” jurnalı məlumat verib.

“Ukrayna Kanada tərəfindən letal silah verilən ölkələrin siyahısına daxil edilib”, məlumatda deyilir.

Qeyd olunur ki, müvafiq dəyişiklik 2017-ci ilin dekabrın 13-dən qüvvəyə minir/APA.