XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 12:31

“Odessaya getmək və mer olmaq istəyirəm…” –Saakaşvilidən Poroşenkoya mesaj

Gürcüstanın eks-prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili arzusunu açıqlayıb.

Ukraynanın "24 kanal" televiziyasının efirində M.Saakaşvili Odessa meri olmaq istədiyini bəyan edib.

Keçmiş qubernator bildirib: "Bilirsinizmi nəyi arzulayıram? Mən sadəcə Odessaya getmək və mer olmaq istəyirəm. Çox istəyirəm ki, Odessanı inkişaf etdirim. Lakin bu o halda mümkün ola bilər ki, oyunun bütün qaydaları dəyişdirilsin".

Trend