XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 15:20

Komitə nazirliyi fakt qarşısında qoydu:""Oksiam-B"nin gətirilməsi üçün müvafiq sertifikat veriblər" + Sənəd

"Bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkə ərazisinə "Oksiam-B" adlı saxta dərman preparatlarının idxal edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda dərman preparatının Türkiyə Respublikasında "Univerce Pharma İlaç San. ve Tic. Ltd Şti." şirkəti tərəfindən istehsal edildiyi və "Dihac" MMC tərəfindən idxal olunduğu bildirilir".

Strateq.az xəbər verir ki, bu sözlər Dövlət Gömrük Komitəsinin yaydığı rəsmi məlumatda yer alıb.

Komitə bildirib ki, KİV-də yayılan məlumatla əlaqədar DGK-nin müvafiq qurumları tərəfindən araşdırma aparıllb:

"Bu zamanı məlum olub ki, xarici iqtisadi fəaliyyət iştirakçısı olan "Dihac" MMC tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal olunan, Səhiyyə Nazirliyinin müvafiq sertifikatları ilə təmin edilən dərmanların siyahısında "Oksiam-B" adlı dərman preparatı yoxdur. "Oksiam-B" dərman preparatı ölkə ərazisinə "Norma Med"MMC şirkəti tərəfindən idxal edilib və Səhiyyə Nazirliyinin müvafiq sertifikatı ilə təmin olunub.

Aparılan araşdırmalar zamanı o da məlum oldu ki, "Oksiam-B" adlı dərman preparatının "Dihac" MMC tərəfindən idxal edilməsi iddiasına etiraz olaraq şirkət rəhbərliyi məsələyə aydınlıq gətirilməsi üçün rəsmi qaydada aidiyyatı orqanlara müraciət edəcək".