XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2017 - 15:30

Putin Trampla əlaqələrindən danışdı:"Hələ ondan soruşmaq lazımdır ki..."

"Prezident Trampın fəaliyyətinə qiymət vermək mənim işim deyil. Bunu Amerika xalqı etməlidir".

Srateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hər ilin sonunda keçirdiyi geniş mətbuat konfransında ABC News-un sualını cavablandırarkən deyib.

Jurnalist Putindən ABŞ prezidenti Donald Trampın işini necə qiymətləndirdiyini soruşmuşdu.

ABC News əməkdaşının iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı sualına isə Rusiya prezidentinin cavabı belə olub: "Hələ ondan soruşmaq lazımdır ki, münasibətləri normallaşdırmaq kimi bir niyyəti varmı".

Trampın Rusiya ilə ehtimal edilən əlaqələrinə gəlincə, Putin bildirib ki, bütün bunlar ABŞ prezidentinə müxalif olan qüvvələrin uydurmasıdır: "Necə olmalıdır? Bütün təmaslar qadağan edilməlidir? Bizim səfiri ittiham etdilər ki, kiminləsə görüşüb. Axı bu bütün dünyada tətbiq olunan  təcrübədir. Burada təəccüblü nə görüblər və niyə bütün bunlar casusluq kimi xarakterizə olunmalıdır?".

Strateq.az