XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 15:55

“Saakaşvili Gürcüstan və Ukrayna xalqının üzünə tüpürür”- Putindən sərt açıqlama

"Saakaşvilinin etdikləri Gürcüstan və Ukrayna xalqının üzünə tüpürməkdir. Siz buna necə dözürsüz?".

Bu sözləri Rusiya prezidenti Vladimir Putin 13-cü illik mətbuat konfransında deyib. 

Putin bildirib ki, Saakaşvilinin hərəkətlərinə baxanda ürəyi qana dönür: "O, Gürcüstanın prezidenti olub. İndi isə özünü ukraynalı kimi aparır. Məgər sizdə normal bir ukraynalı yoxdur? Bu mənzərəyə baxmaq təəssüf yaradır, ürəyim qana dönür". 

Xatırladaq ki, mətbuat konfransı ərəfəsində Putinin mətbuat katibi Dmitri Peskovun da Saakaşvili ilə bağlı açıqlaması olmuşdu. Peskov bildirmişdi ki, Moskva Saakaşvilinin bəyanatlarını böyük narahatlıqla izləyir.

Strateq.az