XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 16:41

Putin seçkidə iştirakı haqda:"Özüm-özümə rəqib olmayacam ki?!"

Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında seçkidəki iştirakının səbəbinə də aydınlıq gətirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putin qarşıdakı prezident seçkilərində namizəd olmasını Rusiyanın gələcəyinə dair planlarını gerçəkləşdirmək istəyi ilə izah edib: "Rusiyanı necə görmək istədiyimi dəfələrlə dilə gətirmişəm. Rusiya müasir olmalı, möhkəm siyasi sistemə malik olmalıdır".

Putin seçkiöncəsi proqramının hazır olduğunu da deyib. Lakin əlavə edib ki, bu mətbuat konfransı onu təqdim etmək üçün uğurlu vaxt deyil.

Rusiya prezidenti seçkidəki rəqiblərinin niyə hələ üzə çıxmadığına dair sualı da cavablandırıb:  "Özüm-özümə rəqib ola bilmərəm ki?! Lakin hesab edirəm ki, siyasi çevrədə rəqabət olmalıdır. İstərdim ki, bizdə balanslaşdırılmış siyasi sistem olsun. Bu da rəqabətsiz mümkün deyil".

Strateq.az