XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 18:24

Mitinqə oxşayan mətbuat konfransı- Jurnalistlər Putinin diqqətini çəkmək üçün bu plakatları qaldırdılar (FOTOLAR)

Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransı jurnalistlərin sayına görə rekord vurdu.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə akkreditədən 1640 jurnalist keçmişdi ki, bu da ötənilki mətbuat konfransı ilə müqayisədə 200 nəfər daha çox KİV nümayəndəsi deməkdir.

Qələbəliyin arasında itib-batmamaq və diqqət çəkmək üçün tədbirə hazırlıqlı gələn jurnalistlər də var idi. Onlar özləriylə Putin və Rusiya hökumətinə mesaj xarakterli şüarların yer aldığı plakatlar gətirmişdilər ki, bu da zalda mitinq görüntüsü yaratmışdı.

Həmin plakatlardan biri mətbuat konfransının gedişində Putinin də diqqətini çəkdi. Rusiya prezidenti xanım jurnalistlərdən birinin əlində olan "Putin Babay" yazılmış plakatı "Putin bay-bay" kimi anladı. 

Tatarıstandan olan jurnalist məsələyə aydınlıq gətirərək bildiridi ki, ölkəsində həmin ifadə "Putin baba" mənasını verir. 
 

Strateq.az