Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz bu gün İstanbuldakı evində ölü tapılıb.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, evində silahla vurulmuş halda tapılan 38 yaşlı Yavuz Yılmazın intihar etdiyi ehtimal olunur.
Polis hadisə yerində araşdırma aparır. Hazırda ABŞ-da olan M.Yılmazın oğlunun ölüm xəbərini aldıqdan sonra təcili Türkiyəyə dönəcəyi bildirilir.
Qeyd edək ki, Y.Yılmazın qardaşı Emir Hasan Yılmazla birgə şirkət sahibi olub.
Y.Yılmaz teleaparıcı Neşe Sapmazla evlənib, 3 il sonra onlar ayrılıblar.