“Avrasiya İttifaqına qoşulmaqla biz çox əlverişli qiymətə enerji əldə etdik. Bizim bu qərar məntiqli və rasional qərar idi”. “
Strateq.az bildirir ki, Ermənistan prezidenti Serj Sərkisyan bu sözləri İtaliyanın Corriere della Sera qəzetinə müsahibəsində Avrasiya İttifaqına daxil olmaqla bağlı perspektivi şərh edərkən deyib.
“Ermənistan iqtisadiyyatı on illərlə keçmiş SSRİ ölkələri ilə sıx bağlı olub. Bizim ən nəhəng ticarət tərəfdaşımız Rusiyadır. Bu ölkədə bizim idxal etdiyimiz məhsullar bazarın əsas mallardır. Digər tərəfdən bizim enerji resurslarımız yoxdur. Biz neft və qazı Rusiyadan alırıq”-deyə Sərksiyan qeyd edib.
Avropa İttifaqı ilə münasibətlərə gəlincə, Sərksiyan bu məsələdə “praqmatik” olduqlarını bildirib.
X. SƏFƏROĞLU