XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 08:59

Putin Amerika kəşfiyyatçılarına görə Trampa təşəkkür etdi –Telefon danışığı

Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub. 

Danışıq zamanı V.Putin Sankt Peterburqda terror aktının qarşısını almağa kömək etmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatına görə D.Trampa təşəkkür edib. 

Bu barədə  Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. 

Məlumata görə, MKİ-nin təqdim etdiyi informasiya Sankt Peterburqun Kazan kilsəsində və digər izdihamlı yerlədə partlayışlar törətməyi planlaşdıran terrorçu qrupun müəyyənləşdirilərək saxlanılmasına yardım edib. 

Putin Trampdan MKİ rəhbərliyinə və operativ məlumatı əldə etmiş kəşfiyyatçılara təşəkkürünü çatdırmağı xahiş edib/APA.