XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2017 - 21:17

Əli Kərimli 46 yaşında vəfat edən AXCP funksionerindən yazdı:"Təəssüf ki, daha artığını edə bilmədik..."

AXCP Nərimanov şöbəsinin sədr müavini Elçin Şükürlü bu gün vəfat edib.

Strateq.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib. 

Elçin Şükürlünün vəfatı ilə bağlı açıqlama verən AXCP sədri Əli Kərimli blidirib ki, cəbhəçi dostları onun müalicə olunması üçün xeyli çalışıblar: "Böyük cəbhə ailəsinə ağır itki üz verib. Fədakar və mübariz cəbhəçi, AXCP Nərimanov şöbəsinin sədr müavini Elçin Şükürlü uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib. Elçin bəyin itkisi çox ağır itkidir. Elçin bəy hər zaman haqsızlıqla mübarizədə ön cərgələrdə olardı. Hətta son illərdə səhhətində ciddi problemlər olan dövrdə də mübarizədən kənara çəkilmədi. Cəbhəçi dostları olaraq onun müalicə olunması üçün xeyli çalışdıq. Ancaq təəssüf ki, daha artığını edə bilmədik, Elçini qoruya bilmədik, əziz xatirəsi bizimlə qalacaq.

Allah sənə rəhmət eləsin, əziz dost!!".