XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 01:03

Azərbaycanda bu sahələrdə işləyənlərə pulsuz yemək və süd veriləcək –Hökumət qərar verdi

Azərbaycanda zərərli, ağır və yeraltı əmək şəraitində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar veriləcək.

Nazirlər Kabineti bununla bağlı “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nı və “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nı təsdiq edib.

Səhiyyə Nazirliyinə bir ay müddətində “Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi”ni təsdiq etmək tapşırılıb/APA.