XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 01:09

Moskvada “Lotu Quli”yə cinayət işi açıldı, axtarışa verildi –Adam oğurluğu və...

Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovu beynəlxalq axtarışa verib.

"Rosbalt” agentliyinin verdiyi xəbərə görə, N.Səlifov adam oğurluğu və hədə-qorxu ilə başqasından pul almaqda təqsirli bilinir.

İstintaqın versiyasına əsasən, N.Səlifov Moskvada insanların oğurlanması  və onlardan pul alınması üçün əmr verib. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur. 

Bildirilir ki, istintaq materiallarına Cinayət Məcəlləsinin 210-u ("cinayət təşkilatının yaradılması”) maddəsi də əlavə oluna bilər/APA.