XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 09:18

Türkiyə XİN-dən ABŞ-ın BMT-də Qüds layihəsinə veto qoymasına etiraz:"Vaşinqton bitərəfliyini itirib..."

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarına qarşı BMT Təhlükəsizlik Şurasında (TŞ) səsverməyə qoyulan qətnamənin rəsmi Vaşınqton tərəfindən bloklanması Birləşmiş Ştatların bu məsələdə bitərəfliyini itirdiyini bir daha sübut edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"ABŞ-ın qətnaməyə veto tətbiq etməsi bir daha sübut etdi ki, Birləşmiş Ştatlar bu məsələ ilə bağlı bitərəfliyini itirib. ABŞ-ın sənədlə bağlı vetodan istifadə edən yeganə ölkə olması sübut edir ki, Vaşınqtonun Qüdslə bağlı qərarı qanundan kənara çıxır", – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi qəbul edilməsi qərarına qarşı BMT TŞ-da qətnamənin qəbul edilməsi rəsmi Vaşınqton tərəfindən bloklanıb. ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı olduğunu qəbul edib və ölkəsinin səfirliyini bu şəhərə köçürülməsi ilə bağlı göstəriş verib.