XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 11:05

Rusiya Tacikistana tank və vertolyotlar göndərdi –Əfqanıstanla sərhəd gücləndirilir

Rusiya istehsallı hərbi və hərbi-texniki avadanlıqların bir hissəsi bu gün Düşənbəyə çatdırılıb.

Hərbi texnikanın göndərilməsində məqsəd Tacikistan-Əfqanıstan sərhədlərinin mühafizəsidir.

RF Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin rəisi general-leytenant Aleksandr Kişmovski bildirib ki, bu silah və hərbi texnikalar Tacikistan Silahlı Qüvvələrinə terror təhdidini dəf etməyə, eləcə də sərhəddə etibarlı sipər yaratmağa imkan verəcək.

Tacikistana göndərilən hərbi texnikalar arasında T-72B1, ZTR-80, ZTR-70 tankları, Piyada döyüş maşını-2, Mi-24, Mi-8 vertolyotları, D-30 haubitsaları, zenit qurğuları, topoqrafik avadanlıqlar, zirehli texnikanın ehtiyat hissələri, rabitə vasitələri və digərlərinin adı çəkilir.

A.Kişmovski 2017-ci ildə Rusiyanın Tacikistana 122 milyon dollar dəyərində hərbi təyinatlı məhsul tədarük etdiyini vurğulayıb/Trend.