XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 14:07

Kim Çen ABŞ-ın təklifini rədd etdi:"Heç bir müzakirəyə qatılmayacağıq”

Şimali Koreya ABŞ Dövlət katibi Reks Tillersonun nüvə proqramından imtina ilə bağlı təklifini rədd edib.

Bu barədə Şimali Koreyanın rəsmi mətbu orqanı “Rodonq Sinmun” məlumat yayıb.

Qəzet Pxenyanın nüvə silahı proqramını davam etdirəcəyini yazıb:

“Vaşinqton bizi danışıqlar masasına gətirmək istəməsini nümayiş etdirməklə Koreya yarımadasında yaratdığı böhranın məsuliyyətindən boyun qaçırmağa çalışır. ABŞ-ın düşmən münasibəti dəyişmədikcə, biz məsələ ilə bağlı heç bir müzakirəyə qatılmayacağıq”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson bir qədər əvvəl Şimali Koreyanı nüvə silahından imtina mövzusunda müzakirələrə dəvət etmişdi/Axar.az.