XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 16:40

Jurnalist Əvəz Zeynallı polis tərəfindən saxlanıldı –Araşdırma aparılır

Tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün polis tərəfindən saxlanılıb.

Bu barədə Strateq.az-a jurnalistin həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

M.Zeynallının sözlərinə görə, məktəbdən uşaqlarını götürüb evə qayıdan Ə. Zeynallı elə evinə yaxın ərazidə – Binəqədi şossesində tıxaca düşüb. O, bu zaman hərəkətin düzgün tənzimlənməməsi ilə bağlı polisə irad bildirib. Bundan sonra jurnalist Binəqədi rayon Polis İdarəsinin 4-cü bölməsinə gətirilib. Hazırda orada saxlanılır.

Araşdırma aparılır.

***

Bir neçə saat əvvəl Bakıda polis tərəfindən saxlanılan jurnalist Əvəz Zeynallı hazırda Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır.

"AzPolitika”nın məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, saxlanmanın səbəbi barədə onlara hər hansı məlumat verilmir: "Sabah onunla görüşəcəm. Hələ ki onun saxlanmasının əsasları ilə bağlı heç bir məlumat vermədilər”.