Bu gün Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları haqda da sərəncamlar verib.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşlarına "Əməkdar müəllim” fəxri adı verilib:
Hüseynova Elmira Bahadur qızı
Əsədova Nailə Əsəd qızı
İsmayılov Zakir Xeyrulla oğlu.
***
Prezidentin digər sərəncamı ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşları "Tərəqqi” medalı ilə təltif olunublar:
Kərimova Elnurə Camal qızı
Tağıyeva Leyla Əliyevna.