XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 19:37

Naxçıvanda Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi yaradıldı –Təyinat

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov MR-nın Dini Qurumlarla İş üzrə İdarəsinin əsasında Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanla Naxçıvan MR-nın Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi haqqında Əsasnamə və agentliyin strukturu da təsdiqlənib.

Vüqar Babayev yeni yaradılan Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru təyin edilib/APA.