XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 12:26

Məhəmməd Cavad Zərif:"Nazirlərin bu formatda görüşü vacibdir"

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.

M.C.Zərif qeyd edib ki, nazirlərin bu cür formatda görüşü vacib əhəmiyyət kəsb edir:

"Azərbaycan, İran və Türkiyə birgə tarixi ənənələrə malikdir. Biz bu görüş zamanı nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığı müzakirə etdik".

Trend