XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 12:41

Çavuşoğlundan Qarabağ açıqlaması:"Ermənistana şərt irəli sürdük ki..."

"Ermınistan həm suçlu, həm güçlü. Bu ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Xocalı faciəsi ortadadır. Biz münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik".  

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. 

O bildirib ki, Ermənistan qonşuları ilə necə davranmalı olduğunu bilməlidir: "Ermənistana şərt irəli sürdük ki, işğal edilmiş torpaqları azad edəcək və bundan sonra münasibətlər normallaşacaq. Ermənistan tərəfindən verilən açıqlamaların bizim üçün heç bir hökmü yoxdur".

APA