XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 12:48

Məmmədyarovdan Nalbandyanla görüşəcək:"Hətta iki gün danışıq aparmağa razıyam, əsas nəticə olsun"

"Həmsədrlər görüşün tarixi ilə bağlı elan verəcəklər. Lakin görüşün gələn il yanvarın ortasında keçirilməsinə dair razılıq var". 

Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda iranlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

 Nazir bildirib ki, görüş Avropa ölkələrindən birində baş tutacaq. 

"Vyanada müxtəlif fikir mübadilələri apardıq. Həmsədrlər müzakirələri dəyərləndirəcəklər və qərar verəcəklər. Mən hətta demişəm ki, iki gün də danışıq aparmağa razıyam. Əsas odur, nəticə olsun", – deyə o, qeyd edib/APA.