XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 13:15

CNN:"Donald Trampın dəstək reytinqi rekord minimumuna enib"

ABŞ Prezidenti Donald Trampın dövlət başçısı postunda fəaliyyətini amerikalıların yalnız 35 faizi dəstəkləyir. Bu barədə məlumat CNN telekanalının keçirdiyi və dekabrın 19-da dərc etdiyi yeni sosioloji sorğunun nəticəsində əksini tapıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu, CNN telekanalının keçirdiyi müvafiq sorğular arasında Trampın populyarlığının minimal göstəricisidir. Respondentlərin 59 faizi hazırkı ABŞ liderinin fəaliyyətinə neqativ yanaşır. Müqayisə üçün deyək ki, bu ilin martında SNN tərəfindən keçirilən analoji sorğuda iştirak edənlərin 45 faizi Trampı dəstəkləyirdi.

Bundan əlavə, Donald Trampın populyarlığının hazırkı nəticəsi digər ABŞ prezidentlərinin ilk ilinin son təqvim ayı ilə müqayisədə ən pis göstəricidir. Belə ki, oğul Corc Buş prezidentliyinin ilk ilini 56 faiz, Con Kennedi 77 faiz, Duayt Eyzenhauer 69 faiz, Riçard Nikson, Cimmi Karter, Bill Klinton və Barak Obama isə 55-59 faiz dəstəklə başa vurmuşdular.

Bununla yanaşı, təkcə respublikaçılar nəzərə alınsa, hazırda Trampın fəaliyyətini rəyi soruşulanların 85 faizi dəstəkləyir. Demokratlar arasında isə bu fikirdə olanlar cəmi 4 faizdir.

Sorğu dekabr 14-17-də min nəfərdən çox amerikalının iştirakı ilə keçirilib.