Türkiyənin Baş naziri Binəli Yıldırım dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin Baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.
Baş nazir Binəli Yıldırım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. O, abidənin önünə əklil qoyub.