XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 09:16

Ukrayna Nazirlər Kabinetinin vəzifəli şəxsi saxlanıldı –Rusiyaya casusluq edirmiş + FOTO

Dekabrın 20-də Kiyevdə Ukrayna Nazirlər Kabineti katibliyinin əməkdaşı saxlanılıb.

APA-nın “ukranews.com”-a istinadən verdiyi xəbərə görə, baş nazirin protokol xidməti  rəhbərinin müavini Stanislav Yejov Rusiyaya casusluqda ittiham edilir.

Məlumata əsasən, saxlanılan şəxs Ukrayna baş naziri Vladimir Qroysmanın kabinetində tərcümə işi ilə məşğul olub. Ukrayna Təhlükəsizlik Xidməti hesab edir ki, S.Yejov Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə Ukrayna hökumətinin fəaliyyəti haqqında məlumatlar toplayıb.

Stanislav Yejov bundan əvvəl Ali Radada, Ukraynanın ABŞ-dakı səfirliyində və Ukrayna prezidenti administrasiyasında işləyib.