XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 10:33

Naxçıvan Ali Məhkəməsinin hakiminin səlahiyyət müddəti artırılacaq –Prezidentdən təqdimat

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Qabil Məmmədovun səlahiyyət müddəti artırılacaq.

Azərbaycan Prezidentinin təqdimatına əsasən, Milli Məclisin növbəti plenar iclasında onun səlahiyyət müddətinin artırılması məsələsinə baxılacaq. Qabil Neymət oğlu Məmmədovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin ediləcəyi gözlənilir. Qərar qəbul olunacağı halda 2018-ci il yanvarın 22-də qüvvəyə minəcək.

Qeyd edək ki Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun səlahiyyət müddəti 2018-ci il yanvarın 22-də bitir/Report.