XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

21 Dekabr 2017 - 13:35

Bakı Dəmiryolu Vağzalında bomba həyəcanı –Vətəndaşlar təxliyə olundu + FOTOLAR

Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub.

APA-nın məlumatına görə, vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakı Dəmiryolu Vağzalında olan vətəndaşlar təxliyə edilib. Vağzalın ətrafı lentlə əhatəyə alınıb, içəri heç kim buraxılmır.