XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 15:36

FHN-dən dəmiryolu vağzalına bomba qoyulması xəbəri haqda –Açıqlama

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Dəmiryolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat yayıb.

 FHN-dən verilən məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər: "Hazırda axtarış işləri davam etdirilir. Əlavə məlumat veriləcək".