XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 December 2017 - 16:56

Enerji sektorunda islahat anonsu:"Daha bir quruma elektrik enerjisinin satışı səlahiyyəti verilə bilər"

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə (AREA) elektrik enerjisinin satışı səlahiyyəti verilə bilər.

Bunu AREA-nın publik hüququ şəxs olmasından sonra maliyyələşməsi məsələlərinə aydınlıq gətirən qurumun sədrinin müavini Nurəli Yusifbəyli deyib.

N.Yusifbəyli deyib ki, tariflərin müəyyən edilməsi ilə bağlı xarici ölkələrin təcrübəsindən qaynaqlanmaq mümkündür: “Hazırda elektrik enerjisini Tarif Şurasının tənzimlədiyi topdansatış qiymətlə – 5,5-5,7 qəpiyə “Azərenerji” ASC-yə satırıq”.

Agentlik rəsmisi su elektrik stansiyalarının həm “Azərenerji”nin, həm də AREA-nın nəzarətində olmasına da aydınlıq gətirib: “Hər şeyin bir zamanı var. Yəqin ki, bu gün enerji axınlarının tənzimlənməsi və enerji təhlükəsizliyi baxımından belə tələb olunur. Ola bilsin sabah-birisi gün islahatlar nəticəsində başqa bir qərar verilsin”.

Report