XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 17:26

Nazir Ramil Usubov daha iki rayona polis rəisi təyin etdi –DİN-də dəyişiklik

Ağsu və Ucar rayonlarına yeni polis rəisləri təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Daşkəsən rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov tutduğu vəzifədən azad edilərək Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, Ağsu RPŞ-nin rəisi Eldar Paşayev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun ötən gün imzaladığı müvafiq əmrlərlə Saatlı RPŞ-nin rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin olunub.

APA