XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 22:07

Putinin köməkçisindən S-400 açıqlaması:"Rusiya və Türkiyə arasında bütün məsələlər həll olunub"

Rusiya və Türkiyə arasında olan müqaviləyə əsasən S-400 zenit-raket kompleksinin çatdırılma və quraşdırılmasına 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində başlanacaq.

Bu barədə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin məlumat verib.

Onun sözlərinə görə, bütün məsələlər həll edilib, həmkarları ilə müzakirə aparılıb: "Müdafiə sistemilə bağlı anlaşmanın bir qismi Rusiya tərəfindən veriləcək kredit hesabına həyata keçiriləcək. Bütün problemlər həllini tapmaq üzrədir. Anlaşma qarşıdakı günlərdə icra olunacaq. Anlaşmanın bir qismi Türkiyə tərəfindən, bir qismi isə Rusiya tərəfindən veriləcək kredit sayəsində həll ediləcək".

Teleqraf.com