XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

22 Dekabr 2017 - 17:02

Saakaşvili mühacirət üçün Hollandiyaya müraciət etdi –Ədliyyə Nazirliyi açıqlama verdi

Gürcüstanın sabiq prezidenti, Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili mühacirət üçün Hollandiya hökumətinə müraciət edib.

Strateq.az bildirir ki, bu barədə Hollandiyanın Ədliyyə Nazirliyi məlumat verib. Nazirlik “The Telegraph” qəzetinin bununla bağlı sorğusunu təsdiq edib. Nazirliyin açıqlamasına görə, Saakaşvilinin vəkili bununla bağlı müraciət ünvanlayıb. Saakaşvili ailəsi ilə birgə olması üçün ona Hollandiyada yaşamaq hüququ verilməsini xahiş edib. Miqrasiya Xidmətinin məlumatına görə, Saakaşvilinin belə müraciət etməyə hüququ var. Onun həyat yoldaşı Sandra Rulofs Hollandiya vətəndaşıdır.

M. Saakaşvili son aylarda Ukrayna prezidenti Poroşenkoya qarşı etiraz aksiyalarını təşkil edib. Həbs edilən eks-prezident daha sonra məhkəmənin qərarı ilə azad olunub. Hazırda o, Ukraynadadır.