XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2017 - 12:17

Ziyafət Əsgərov:“Azərbaycana qarşı mümkün təhdidlərə lazımı cavab veriləcək”

“Hazırda bütün dünyada təhdidlər var. Azərbaycan da dünyadan təcrid olunmadığı üçün bu təhdidlər Azərbaycana qarşı da olub və indi də ola bilər”.

 APA-nın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov deyib.

O bildirib ki, gələn il Azərbaycanda prezident seçkiləri normal keçiriləcək, ictimai-siyasi sabitlik qorunub saxlanılacaq: “Bizim təhlükəsizlik orqanları çox güclüdür və öz işini yüksək səviyyədə qurub və təhlükəsizliyə tam nəzarət edir. Onlar mümkün hər bir təhdidə qarşı da lazımı cavab verəcəklər”.