XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2017 - 12:55

Ziyafət Əsgərov:"Avropa İttifaqı da anladı ki..."

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı son zamanlar qəbul etdiyi qətnamələrə münasibət bildirib.

Z.Əsgərov deyib ki, belə qətnamələrin qəbulu Azərbaycan prezidenti İlham Əlyevin yürütdüyü düzgün xarici siyasətin nəticəsidir. "Artıq Avropa İttifaqında da anladılar ki, ölkələrin ərazi bütövlüyünü tanımadan digər ölkələrin sabitliyinə təminat yoxdur. Burada bütün ölkələrə eyni cür yanaşma olmalıdır. Yoxsa birinin ərazi bütövlüyünün tanınması, digərinin tanınmaması ikili standartdır. Bu, Avropanın özündə də fəsadlar törədir".

O qeyd edib ki Azərbaycanın ərazi bütövlüyünü tanımaq və dəstək vermək Avropa İttifaqının birbaşa öhdəliyidir/APA.