XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2017 - 15:37

Birinci vitse-prezidentin Katibliyində yeni təyinat –Rəis müavini sektor müdiri oldu

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyində yeni təyinat olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini – Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edilib.

Bu sərəncama qədər E.Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsini tuturdu/Report.